Ana Sayfa > Karusel / Qarabağ > İşğaldan azad olunan ərazilərdəki su anbarlarında tikinti-bərpa işlərinə başlanılır
İşğaldan azad olunan ərazilərdəki su anbarlarında tikinti-bərpa işlərinə başlanılır12-10-2021, 14:46. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib. Onun sözlərinə görə, gələn ilin sonunda bu anbarlarda bütün təmir-bərpa işləri başa çatacaq və həmin sulardan tam şəkildə istifadə olunacaq. "Hazırda Qarabağ və Şərqi Zəngəzurda 618 mln. kubmetr tutumu olan 9 su anbarı mövcuddur. Təkcə Suqovuşan su anbarından 183 mln. kubmetr su götürülüb. Aşağı köndələn su anbarından təqribən 5 mln. kubmetr su götürülüb. Ağdam rayonu ərazisində Xaçınçay su anbarı mövcuddur ki, oradan da 4 mln. kubmetrə yaxın sudan istifadə olunub. Qeyd olunan anbarlarda bərpa işləri aparılmalıdır ki, bununla bağlı yaxın günlərdə tender elan olunacaq", - deyə R. Aslanov qeyd edib. Geri dön |