Ana Sayfa > Karusel / Region > Saakaşvili həbsxana rəhbərliyinə balı geri qaytardı: "Sizi ölkədən qovacağıq"

Saakaşvili həbsxana rəhbərliyinə balı geri qaytardı: "Sizi ölkədən qovacağıq"


12-10-2021, 13:52. Yazar: Admin

Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili qida olaraq qəbul etdiyi balı həbsxana rəhbərliyinə geri qaytarıb və hökuməti istefa ilə hədələyib.

Qarabaginfo.az gürcü mediasına istinadən xəbər verir ki, Saakaşvili bununla bağlı həbsxanadan məktub yollayıb.

O, Baş nazir İrakli Qaribaşvilinin “Saakaşvilinin həbsi hamıdan çox müxalif partiyanın hazırkı sədri Nika Meliyanı sevindirdi” sözlərinə cavab verib.

“Melia və mən gürcü xalqı ilə birlikdə sizi tezliklə ofislərinizdən qovub ölkəni azad edəcəyik”, – deyə eks-prezident məktubunda bildirib.(qafqazinfo)


Geri dön