Ana Sayfa > Karusel / Gündəm > Ağcabədi sakini dövlət qurumunun qarşısında özünü yandırmağa cəhd edib
Ağcabədi sakini dövlət qurumunun qarşısında özünü yandırmağa cəhd edib12-10-2021, 12:32. Yazar: Admin |
Ağcabədi rayon sakini intihara cəhd edib. Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 11-də saat 13 radələrində Bərdə şəhərindəki Tibbi Sosial və Ekspert Komissiyasının inzibati binasının qarşısında Ağcabədi rayon sakini S.Cəfərov özünə məxsus motosikleti yandırıb, özünü də yandırmağa cəhd göstərib. Lakin ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində bu cəhdin qarşısı alınıb. Geri dön |