Ana Sayfa > Karusel / Siyasət > Nizami Cəfərov: “Ərazi bütövlüyümüzün bərpası anlayışını bayram kimi qanunvericiliyə daxil etməliyik

Nizami Cəfərov: “Ərazi bütövlüyümüzün bərpası anlayışını bayram kimi qanunvericiliyə daxil etməliyik


12-10-2021, 12:25. Yazar: Admin

Nizami Cəfərov: Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələrin məbləğinin artırılması zərurətə çevrilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Biz qanunvericiliyimizdə AXC-nin 23 ay mövcud olduğunu qeyd etsək də, ondan sonrakı mübarizələri unutmamalıyıq”.
Qarabaqinfo.az-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nizami Cəfərov deyib.
Deputat bildirib ki, onu unutsaq, biz bərpa prosesinə şərtləndirə bilmərik: “Müstəqilliyimizin bərpası ilə yanaşı ərazi bütövlüyümüzün bərpası anlayışını da bayram kimi qanunvericiliyə salmalıyıq. Cümhuriyyət dövründə 110 kv. km-lik ərazidə dövlətimiz olub. Prezident İlham Əliyevin dediyi kimi ərazi bütövlüyü anlayışı hərəkətdə olan anlayışdır. Ona görə də ərazi bütövlüyü anlayışını da bayram kimi, qeyd kimi, yaddaş kimi qanunvericiliyə salmalıyıq. Bu tarix hələ yazılacaq. Bu tarix Prezident İlham Əliyevin yazamağa başladığı tarixdir”.


Geri dön