Ana Sayfa > Karusel / Dünya > Nyu-Yorkda Kolumb Günü münasibəti ilə paradı keçirilib

Nyu-Yorkda Kolumb Günü münasibəti ilə paradı keçirilib


12-10-2021, 08:49. Yazar: Admin

Nyu-Yorkda Kolumb Günü münasibəti ilə paradı keçirilib

Minlərlə Nyu-York sakini və turist Kolumb Günü ilə əlaqədar keçirilən paradı izləmək üçün Manhettenə toplaşıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, iştirakçı sayı pandemiya ilə əlaqədar əvvəlki illərə nisbətən daha az olub.

Parad pandemiya başlayandan Nyu-Yorkda keçirilən ən kütləvi tədbirlərdəndir. Lakin tədbirin təşkilatçısı “Columbus” Vətəndaş Vəqfinin ümidləri doğrulmayıb. Vəqf iştirakçı sayının 1 milyon olacağını düşünsə də, paradı izləməyə çox az adam toplanıb.

Qeyd edək ki, Nyu-Yorkda hər il dənizçi-səyyah Kristofer Kolumbun (1451-1506) Amerika materikini kəşf etdiyi tarix - oktyabrın 12-si (1492-ci il) Kolumb Günü kimi qeyd edilir.(Apa)


Geri dön