Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 638 nəfər COVID-19-dan sağalıb, 611 nəfər yoluxub

Azərbaycanda daha 638 nəfər COVID-19-dan sağalıb, 611 nəfər yoluxub


11-10-2021, 19:37. Yazar: Admin

Azərbaycanda daha 638 nəfər COVID-19-dan sağalıb, 611 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib, aktiv xəstə sayı 12 452 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, ötən müddət ərzində isə ümumilikdə 4 958 312 test aparılıb.


Geri dön