Ana Sayfa > Karusel / Gündəm > Azad olunan ərazilərdə daha 30 mina aşkarlandı

Azad olunan ərazilərdə daha 30 mina aşkarlandı


11-10-2021, 16:56. Yazar: Admin



Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 4-dən 9-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 28, tank əleyhinə 2 mina və 35 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Nəticədə 18.9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 


Geri dön