Ana Sayfa > Karusel / Siyasət > Deputat: “Müstəqillik Günü ilə bağlı manipulyasiya etmək istəyənlər doğru yolda deyillər”

Deputat: “Müstəqillik Günü ilə bağlı manipulyasiya etmək istəyənlər doğru yolda deyillər”


11-10-2021, 15:40. Yazar: Admin

 

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

“Azərbaycanın dövlətçilik tarixinə nəzər saldıqda cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti digər dövlətlərin 100 illər ərzində edə bilmədiyini çox az müddətə sığdıraraq edə bilmişdi”.
Qarabaqinfo.az-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Müstəqillik Günü haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Nizami Səfərov deyib.
Deputat bildirib ki, yeni dövlət idarəçilik formasının təşkili, beynəlxalq siyasətdə sülhpərvər siyasətin təbliği və həyata keçirilməsi, bütün xalqların bərabər yaşamasının təmin edilməsi, müsəlman dünyasında ilk dəfə olaraq kişilərlə bərabər qadınlara seçki haqqının tanınması AXC-nin atdığı əsas addımlardandır: “Əfsuslar olsun ki, milli dövlətçilik sisteminin inkişafı həmin dövrdə məlum hadisələrə görə davam edə bilmədi. Ancaq bütün bunlar Azərbaycan xalqının əzmini qıra bilmədi. 1991-ci ildə Azərbaycan müstəqilliyi bərpa etdi. 1991-ci ilin iyun ayında Bakıya qayıdan Heydər Əliyev dövlət müstəqilliyinin itirilməsinin qarşısını aldı”.
Deputat Razi Nurullayev isə qeyd edib ki, “Müstəqillik Günü”nün adı dəyişdirilməsi ilə bağlı ciddi manipulyasiyalar aparılır: “Bu, elə məsələdir ki, burada müxalifət-iqtidar söhbəti olmamalıdır. Bu, hamımızındır. Dünyada “Müstəqillik Günü” və “Müstəqilliyin Bərpası Günü” anlayışı var. Müstəqillik Günü ilə bağlı manipulyasiya etmək istəyənlər doğru yolda deyillər”.
Deputat təklif edib ki, oktyabrın 18-də müstəqillik aktına səs verən deputatlara xüsusi imtiyaz verilsin.
Deputat Elşad Mirbəşir qeyd edib ki, dövlətin əsas əlamətlərindən biri ərazi bütövlüyüdür. O, təklif edib ki, 8 noyabr tarixinin də dövlət müstəqilliyi ilə əlaqələndirməyin yolları axtarılsın: “8 noyabr bizə dövlət müstəqilliyinin əsas komponentlərindən birini - ərazi bütövlüyünü qaytarmış oldu”.


Geri dön