Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşüb
Azərbaycan və Türkiyə XİN rəhbərləri Belqradda görüşüb11-10-2021, 14:57. Yazar: Admin |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Qarabaqinfo.az-nın xəbərinə görə, bu barədə Türkiyənin XİN rəhbəri “Twitter”də bildirib. “Can Azərbaycanın xarici işlər naziri, qardaşım Ceyhun Bayramovla bu dəfə Belqradda görüşdük. İkitərəfli əlaqələrimizi və noyabrın 12-də İstanbulda keçiriləcək Türk Şurası Zirvəsinə hazırlıqları müzakirə etdik”, - M. Çavuşoğlu qeyd edib. Xatırladaq ki, Belqradda Qoşulmama Hərəkatının 60 illiyi ilə əlaqədar beynəlxalq konfrans keçirilir. APA Geri dön |