Ana Sayfa > Karusel / Qarabağ > ANAMA: Azad edilmiş ərazilərdə ötən həftə 30 mina aşkarlanıb

ANAMA: Azad edilmiş ərazilərdə ötən həftə 30 mina aşkarlanıb


11-10-2021, 14:29. Yazar: Admin

ANAMA: Azad edilmiş ərazilərdə ötən həftə 30 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Qarabaqinfo.az-a bildirilib ki, oktyabrın 4-dən 9-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 28 piyada əleyhinə mina, 2 tank əleyhinə mina və 35 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 18.9 hektar ərazi mina və PHS-lərdən təmizlənib. APA


Geri dön