Ana Sayfa > Karusel / Kriminal > Məhkəmə işi - Leyla Şıxlinskaya 56 min manatı qəbul etməyib

Məhkəmə işi - Leyla Şıxlinskaya 56 min manatı qəbul etməyib


18-10-2018, 11:09. Yazar: Admin

 

 

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Qarabaginfo" "Report.az"a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. O bildirib ki, ekpertizanın rəyinə əsasən, dəymiş ziyan olaraq 56 min manatı zərərçəkmiş Leyla Şıxlinskayaya təqdim ediblər: "Lakin o, həmin pulu qəbul etmədi və bununla bağlı da bizə ərizə vermədi. Leyla Şıxlinskaya ona dəymiş ziyanın çox olduğunu və ekspertizanın rəyi ilə razılaşmadığını dedi".

Daha sonra hakim söyləyib ki, yenidən 56 min manat zərərçəkmişə təqdim edilib, razılıq ərizəsi alınmalıdır.

Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar. Ekpertiza rəyinə əsasən, zərərçəkmişə dəymiş ziyan 56 min manatdır.


Geri dön