Qarabaginfo.az xəbər verir ki, bu barədə “Clicanoo” nəşri yazıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 08:00-da baş verib.
“Bu səhər Silaos şəhərindən havaya qalxan yüngülmühərrikli təyyarə Maido yamacında qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində iki nəfər – “Félix” şirkətinə məxsus təyyarənin pilotu və bir turist həlak olub”, - deyə qəzet yazır.
Hava nəqliyyatı daşımaları jandarmı qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlayıb.