Ana Sayfa > Karusel / Gündəm > Qazaxda avtomobil piyadanı vurub

Qazaxda avtomobil piyadanı vurub


10-10-2021, 21:26. Yazar: Admin

Qazax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qarabaginfo.az-ın Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərdə fəaliyyət göstərən şadlıq saraylarından birinin qarşısında baş verib.

Avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 1986-cı il təvəllüdlü Nemət Əzizovu vurub. Müxtəlif xəsarətlər alan yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Geri dön