Ana Sayfa > Karusel / Gündəm > Qazaxda baş vermiş yanğın söndürülüb, xəsarət alan var

Qazaxda baş vermiş yanğın söndürülüb, xəsarət alan var


10-10-2021, 20:46. Yazar: Admin

Qazaxda baş vermiş yanğın söndürülüb, xəsarət alan var

Qazax rayonunda baş vermiş yanğın söndürülüb.

Qarabaginfo.az-ın Qərb Mərkəzinin məlumatına görə, Cəfərli kənd sakininə məxsus fərdi evin həyətində olan 14 ton ot bağlamasından 7 tonu və yaxınlıqda olan ümumi sahəsi 21 kvadratmetr tövlənin 3 kvadratmetr dam örtüyü yanıb.

Yanğın hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qazax rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən söndürülüb.

Yaxınlıqda yerləşən digər tikililər yanğından mühafizə olunub. Hadisənin başvermə səbəbləri isə araşdırılır.

Xatırladaq ki, hadisə zamanı 1 nəfər xəsarət alıb.


Geri dön