Ana Sayfa > Karusel / İdman > Dünya çempionatı: Azərbaycan yunan-Roma güləşçisi 5-ci yeri tutub

Dünya çempionatı: Azərbaycan yunan-Roma güləşçisi 5-ci yeri tutub


10-10-2021, 20:22. Yazar: Admin

Azərbaycanı Norveçin paytaxtı Oslodakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Taleh Məmmədov bürünc medal uğrunda görüşə çıxıb. 

Qarabaginfo.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində yer alan 32 yaşlı pəhləvanın rəqibi ukraynalı Lenur Temirov olub. Rəqibinə 4:5 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.


Geri dön