Ana Sayfa > Karusel / Region > Fars məscidi ilə erməni kilsəsini birləşdirən MƏXFİ MİSSİYA
Fars məscidi ilə erməni kilsəsini birləşdirən MƏXFİ MİSSİYA10-10-2021, 17:38. Yazar: Admin |
Fars məscidi ilə erməni kilsəsini birləşdirən MƏXFİ MİSSİYA
"İranın "fars məscidi", Ermənistanın isə "erməni kilsəsi" tamamilə siyasi anlayışlardır. Bunların dinlə ciddi əlaqəsi yoxdur".
Qarabaginfo.az xəbər verir ki, bunu modern.az-a "fars məscidi" və "erməni kilsəsi" anlayışlarını birləşdirən siyasi məqsədlər haqqında danışarkən deputat Fazil Mustafa deyib.
Deputat xatırladıb ki, İslamda hər hansı şəkildə məscidlər yalnız ibadət yeri kimi nəzərdə tutulur:
"Lakin bütövlükdə İranda bu həm də siyasət platformasıdır. Ermənistanda isə kilsə eyni mahiyyəti daşıyır. Təkcə ibadət yeri deyil, həm də erməni cəmiyyətinin mənəvi mühitini idarə edən quruluşdur. Ona görə Ermənistan və İranın siyasətdə dini vasitə kimi istifadə etməsi oxşar cəhətdir.
Məscidin bu qədər siyasi-ideoloji rol alması dinin həddindən artıq siyasiləşdirilməsi deməkdir. Bu isə dini inanc olmaqdan çıxarır və problemlərin yaranması ilə nəticələnir".
Fazil Mustafa vurğulayıb ki, "fars məscidi" və "erməni kilsəsi" konkret siyasi institut, siyasi platforma kimi fəaliyyət göstərir, dövlətin idarə olunmasına da əhəmiyyətli təsir edir:
"Ermənistan nə qədər özünü dünyəvi dövlət adlandırsa da, mahiyyətcə dini dövlətdir. İran isə birbaşa teokratik dövlətdir.
Müsəlmanlığı olan həssaslıqları o dərəcədə yoxdur. Fars erməni ilə dost ola bilir, amma eyni dini daşıdığı azərbaycanlı ilə dost ola bilmir. Azərbaycanlıya hüquq vermirlər, İranda azərbaycanlıların hüquqları tapdanır, öz dilində məktəbi yox, acınacaqlı durumda yaşayırlar. Halbuki farslar ermənilərə hər şəraiti yaradırlar, hətta İslam dövlətində spirtli içki qadağan edilməli olduğu halda İran Ermənistanın istehsal etdiyi spirtli içkiləri gömrükdən yoxlama tətbiq etmədən buraxır.
Geri dön |