Ana Sayfa > Karusel / Qarabağ > ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək

ATƏT Azərbaycan-Ermənistan dövlət sərhədində monitorinq keçirəcək


15-10-2018, 10:41. Yazar: Admin

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 16-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə "Qarabaginfo" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller keçirəcəklər. 

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru və Oqnyen Yoviç keçirəcəklər.


Geri dön