Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ermənistan vətəndaşı öz hərbiçilərinin basdırdığı minaya düşüb
Ana Sayfa > Karusel / Region > Ermənistan vətəndaşı öz hərbiçilərinin basdırdığı minaya düşüb

Ermənistan vətəndaşı öz hərbiçilərinin basdırdığı minaya düşüb


9-10-2021, 19:58. Yazar: Admin

 

Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb

Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində mina partlayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Shamshanyan.com” məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində Berd rayonunun Çinari kənd sakini, 30 yaşlı Nver Makaryan xəsarət alıb. Ona ilkin yardım göstərilib və yaralı hərbi hospitala yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan ərazilərinə, habelə respublikamızın Ermənistanla sərhəddəki rayonlarına minalar ermənilər tərəfindən basdırılıb. Azərbaycan tərəfinin dəfələrlə tələb etməsinə baxmayaraq, Ermənistan hələ də mina xəritələrini təhvil verməkdən imtina edir.


Geri dön