Ana Sayfa > Karusel / Gündəm > "Müharibə təhlükəsi həmişə mövcuddur" - Ohanyan (ƏTRAFLI)
"Müharibə təhlükəsi həmişə mövcuddur" - Ohanyan (ƏTRAFLI)9-10-2021, 11:51. Yazar: Admin |
"Hakimiyyət hazırda polis əməliyyatları və sərhədlərin təhlükəsizliyini birbaşa təmin etmək əvəzinə, ölkənin daxili ilə bağlı tədbirlər görür".
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Müdafiə naziri, Ermənistan parlamentinin "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
Onun sözlərinə görə, Ermənistanda hakimiyyət ölkənin sərhədləri ilə müqayisədə ölkənin daxili təhlükəsizliyindən daha çox narahatdır. Ohanyan qeyd edib ki, Ermənistanda sərbəst danışıqlar apara bilən insanlar hakimiyyətə gəlməlidir. "Müharibə təhlükəsi həmişə mövcuddur, lakin yaxın gələcəkdə bunun mümkün olacağını düşünmürəm", - deyə Ermənistanın sabiq Müdafiə naziri vurğulayıb. Onun sözlərinə görə, bölgədə əsasən Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıqdan irəli gələn müəyyən təhdidlər var. Ohanyan bildirib ki, Ermənistan hökuməti öz siyasətini həyata keçirməli olduğu prioritetləri tapmır. "44 günlük müharibənin başlamasından bir il sonra Ermənistanın gələcək inkişafını təmin etmək üçün zəruri olan bütün reallıqlara qiymətləndirmə verilməyib", - deyə o qeyd edib. Ordu.az
Geri dön |