Ana Sayfa > Karusel / Dünya > ABŞ Avstraliyaya təxminən 1 mlrd. dollarlıq hərbi texnika satmaq niyyətindədir

ABŞ Avstraliyaya təxminən 1 mlrd. dollarlıq hərbi texnika satmaq niyyətindədir


9-10-2021, 10:36. Yazar: Admin

ABŞ Avstraliyaya təxminən 1 mlrd. dollarlıq hərbi texnika satmaq niyyətindədir

ABŞ Avstraliyaya təxminən 985 milyon dollar dəyərində 12 çoxməqsədli “MH-60R” helikopteri və müvafiq hərbi texnika tədarük etməyi düşünür.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti və Pentaqon tabeliyindəki müvafiq hökumət qurumundan bildirilib. Həmin qurum hökumətlərarası müqavilələr çərçivəsində xaricə hərbi texnika və silah tədarükünə, ABŞ Silahlı Qüvvələri ilə digər ölkələr arasında əlaqələrin qurulmasına və Vaşinqtonun müdafiə sahəsində xarici tərəfdaşlarına maliyyə və texniki yardım göstərilməsinə cavabdehlik daşıyır.

Milli qanunvericiliyə uyğun olaraq xarici siyasət idarəsi tərəfindən verilən bu müqavilələrin icrası üçün razılıq əldə olunub. ABŞ administrasiyası artıq qərarlarla bağlı Konqresi məlumatlandırıb. Qanunverici orqanın bu müqavilələri incələməsi və onların mümkün əngəllənməsi üçün 30 gün müddəti var.

ABŞ hökuməti müqavilələrin icrasını “ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi”nə uyğun hesab edir. Dövlət Departamenti və Pentaqon əmin edir ki, bununla “bölgədəki əsas hərbi tarazlıq dəyişməyəcək”.

“Avstraliya – Sakit okeanın qərbində ən vacib müttəfiqlərimizdən biridir. Bu siyasi və iqtisadi gücün yerləşdiyi strateji mövqe bölgədə sülhün və iqtisadi sabitliyin təmin edilməsinə əhəmiyyətli töhfə verir. ABŞ-ın milli maraqları naminə müttəfiqimizin özünümüdafiə qabiliyyətinin inkişaf etdirilməsində və dəstək göstərilməsində köməklik etmək həyati əhəmiyyət daşıyır” - deyə açıqlamada vurğulanır.(Apa)


Geri dön