Ana Sayfa > Karusel / Dünya > Fələstinlilər və İsrail ordusu arasında toqquşmalar: 70-dən çox fələstinli yaralanıb

Fələstinlilər və İsrail ordusu arasında toqquşmalar: 70-dən çox fələstinli yaralanıb


9-10-2021, 06:46. Yazar: Admin

Bu gün İordan çayının qərb sahilində yerləşən Nablus şəhərinin yaxınlığındakı Beyt və Beyt Dəcan bölgələrində İsrail əsgərləri ilə toqquşmalarda 74 fələstinli yaralanıb. Bu barədə İsrail mətbuatı xəbər verir.

İsrail ordusunun mətbuat xidmətindən bildirilib ki, İsrail ordusu bununla "Givat Eviatar" forpostu bölgəsində baş verən iğtişaşlara cavab verirdi. "İğtişaşlar zamanı 200-ə yaxın fələstinli İsrail əsgərlərinə daş atırdı və təkərlər yandırırdı".

Ordu, son vaxtlar bölgədə mütəmadi olaraq şiddətli iğtişaşların baş verdiyini qeyd edir.

Fələstin mətbuatının yazdığına görə, mayın əvvəlində Nablusun yanında, İsrail ordusunun himayəsi altında, Beyt bölgəsindəki Sbeikh dağının zirvəsində kiçik bir yəhudi qəsəbəsinin inşasına başlanıb. Fələstinlilər məhz buna etiraz edirlər.

virtualaz.org


Geri dön