Amerikanın "The Sun" qəzeti, üçüncü dünya müharibəsinin başlaya biləcəyi yerləri göstərən dünyanın xəritəsini çəkib. Xəritə qəzetin saytında yerləşdirilib.
Müəlliflərə görə, qlobal hərbi toqquşma Tayvan adasında (Çin iddia edir), Kəşmirdə (Hindistan və Pakistan arasında mübahisəli bir bölgə), Hörmüz Boğazında (İran və Birləşmiş Ərəb Əmirliklərin sularında yerləşir) və ya Şimali Korea və ABŞ-ın nüvə raketləri ilə qarşılıqlı zərbələri ilə başlaya bilər.
Müəlliflər qeyd edir ki, üçüncü dünya müharibəsi, Türkiyə ilə Suriya arasındakı qarşıdurma, həmçinin İran və İsrail arasındakı potensial nüvə müharibəsi nəticəsində başlaya bilər. Ancaq, ən çox ehtimal olunan ssenari ABŞ və Çin arasında qlobal müharibəyə çevrilə biləcək Tayvan uğrunda hərbi qarşıdurma hesab olunur.
Sentyabrın 10-da Çin lideri Si Tszinpin, Pekin ilə Vaşinqton arasındakı əməkdaşlığın bütün dünyaya fayda verəcəyini və dövlətlər arasındakı müharibənin bütün Yer planetini təhlükəyə atacağını söyləyib. Onun sözlərinə görə, ölkələr arasındakı mövcud münaqişə vəziyyətinin səbəbi ABŞ-ın Çinə qarşı siyasətidir.
virtualaz.org