Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Vətəndaşlar müharibə ilə bağlı suallara cavab almalıdır” - Paşinyan
Ana Sayfa > Karusel / Gündəm > “Vətəndaşlar müharibə ilə bağlı suallara cavab almalıdır” - Paşinyan

“Vətəndaşlar müharibə ilə bağlı suallara cavab almalıdır” - Paşinyan


8-10-2021, 17:45. Yazar: Admin

“Vətəndaşlar müharibə ilə bağlı suallara cavab almalıdır”

 

“Ölkə vətəndaşları İstintaq Komitəsindən 2020-ci ilin payızında Qarabağdakı hərbi əməliyyatlar ilə bağlı hərtərəfli cavab almalıdırlar”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İstintaq Komitəsinin əməkdaşları ilə görüşdə deyib. 

“Cəmiyyətimiz 44 günlük müharibə ilə bağlı bütün suallara və şərtlərə hərtərəfli cavab almalı, baş verən bütün mənzərəni aydınlaşdırmalıdır. Əlbəttə, düşünürəm ki, biz bu cavabları yalnız İstintaq Komitəsindən gözləməməliyik. Çünki məsələ daha geniş kontekstə sahibdir”, - deyə Paşinyan qeyd edib.

N.Paşinyan müharibənin nəticələri ilə əlaqədar cinayət işlərinin effektiv araşdırılmasına böyük əhəmiyyət verdiyini də vurğulayıb.


Geri dön