Ana Sayfa > Karusel / Region > Ramzan Kadırov qızını mədəniyyət naziri təyin edib
Ramzan Kadırov qızını mədəniyyət naziri təyin edib8-10-2021, 17:26. Yazar: Admin |
![]() Çeçenistanın başçısı Ramzan Kadırovun qızı Aişat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib. Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Moqimed Daudov rəsmi instaqram hesabında yazıb: “İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - o qeyd edib. Qeyd edək ki, 1998-ci ildə anadan alan Aişat Kadırova Çeçenistan Dövlət Universitetini bitirib. O, indiyədək mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.(Report) Geri dön |