Ana Sayfa > Karusel / Qarabağ > Qarabağ Dirçəliş Fondu aparıcı biznes qurumlarla görüş keçirib - FOTO
Qarabağ Dirçəliş Fondu aparıcı biznes qurumlarla görüş keçirib - FOTO8-10-2021, 14:11. Yazar: Admin |
Fonddan Qarabaginfo.az-a verilən məlumata görə, ölkədə fəaliyyət aparan biznes qurumlarının iştirakı ilə keçirilən tədbirdə iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, ekologiya və təbii sərvətlər naziri, Müşahidə Şurasının üzvü Muxtar Babayev, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev çıxış ediblər. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizin azad edilməsi kimi mühüm missiyanı böyük Zəfərlə başa çatdırıb. Qeyd edilib ki, Vətən Müharibəsindən sonra yeni çağırışlar yaranıb, işğaldan azad edilmiş ərazilərimizin bərpası və dirçəldilməsi mühüm vəzifə kimi qarşıya qoyulub. Görüşdə Fondun yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib. Qarabağın bərpası istiqamətində görüləcək işlərə dəstək göstərilməsi, cəmiyyətdə ianə mədəniyyətinin geniş təbliği kimi məsələlərin əhəmiyyətindən bəhs olunub. Müzakirələrdə biznes qurumları ilə əməkdaşlığın genişləndirilməsi, dövlət-özəl sektor tərəfdaşlığının inkişaf etdirilməsi, cəmiyyətin həmrəylik göstərərək işğaldan azad edilən ərazilərin bərpası istiqamətində görülən işlərə cəlb olunmasının vacibliyi vurğulanıb. Bu məqsədlə, donor olmayan tədbir iştirakçıları ianə edərək Qarabağda aparılan bərpa və yenidənqurma işlərinə töhfə verməyə dəvət olunub. Tədbirdə işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlara “İanə Sertifikatı” təqdim olunub. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Geri dön |