Ana Sayfa > Karusel / Region / Kriminal > Astarada qadın qadını bıçaqlayaraq öldürüb

Astarada qadın qadını bıçaqlayaraq öldürüb


8-10-2021, 13:02. Yazar: Admin

Astarada qadın qadını bıçaqlayaraq öldürüb


Astara rayonunda qadınlar arasında münaqişə ölümlə nəticələnib.

Qarabaginfo.az-ın məlumatına görə, rayonun Şəmətük kəndində yaşayan ailədə Gülçöhrə və Mehriban adlı iki gəlin arasında münaqişə yaranıb. Gülçöhrə Mehribanı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, qısa zamanda ölüb.

Faktla bağlı araşdırma aparılır.

 


Geri dön