Ana Sayfa > Karusel / Təhsil > Azərbaycanda bir sıra kolleclər publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunur
Azərbaycanda bir sıra kolleclər publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunur8-10-2021, 12:37. Yazar: Admin |
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. Qarabaginfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, aşağıdakı kolleclər də yenidən təşkil olunacaq: - Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə çevrilmə yolu ilə; - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə; - Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə çevrilmə yolu ilə; - Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə çevrilmə yolu ilə; - Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə çevrilmə yolu ilə; - Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə çevrilmə yolu ilə; - Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə çevrilmə yolu ilə; - Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə çevrilmə yolu ilə. Geri dön |