Ana Sayfa > Karusel / Hadisə > Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşüb

Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşüb


8-10-2021, 07:21. Yazar: Admin

 

Hacıqabulda qəza zamanı sərnişin pəncərədən yerə düşüb
Hacıqabul rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.

"Toyota Prius" markalı avtomobil hərəkətdə olarkən digər bir avtomobillə toqquşub. Qəza zamanı sərnişin 1984-cü il təvəllüdlü Əliyev Gülbala Nurbala oğlu zərbənin təsirindən avtomobilin pəncərəsindən yerə düşüb.

Ağır xəsarət alan yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyinin ağır dərəcəli əzikləri diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Geri dön