Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev Pakistan dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Pakistan dövlət başçısına başsağlığı verib


7-10-2021, 15:05. Yazar: Admin

Prezident İlham Əliyev Pakistan dövlət başçısına başsağlığı verib

 

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alviyə məktub ünvanlayıb.

Qarabaqinfo.az-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin Bəluçistan əyalətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!”


Geri dön