Ana Sayfa > Karusel / Sosial > Deputat şəhidin anım günündə ailəsinə baş çəkdi - FOTOLAR

Deputat şəhidin anım günündə ailəsinə baş çəkdi - FOTOLAR


7-10-2021, 11:26. Yazar: Admin

 

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin YAP-çı deputatı Anar Məmmədov Muzdurlar kənd şəhidi mayor Əlövsət Məmmədovun evində olub ailənin qayğıları ilə maraqlanıb.

Qarabaginfo.az xəbər verir ki, şəhid ailəsi evə qaz, internet və telefon xəttinin çəkilməsi ilə bağlı millət vəkilinə müraciət edib. Millət vəkili şəhid ailəsinin mövcud problemlərinin aradan qaldırılması istiqamətində aidiyyatı qurumlara müraciət edib  və məsələ qısa zamanda öz həllini tapıb.

Daha sonra YAP-çı deputat Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ziyalıları ilə birgə yenidən şəhid ailəsinin evinə baxış keçirib, aidiyyatı qurumlara məsələnin operativ şəkildə həll olunduğu üçün təşəkkürünü bildirib.

 


Geri dön