Ana Sayfa > Karusel / Siyasət > İranın xarici işlər naziri Azərbaycana səfər etmək niyyətində olduğunu bəyan edib
İranın xarici işlər naziri Azərbaycana səfər etmək niyyətində olduğunu bəyan edib6-10-2021, 23:50. Yazar: Admin |
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan mehriban qonşuluq jesti kimi Bakıya və İrəvana səfər edə bilər. Qarabaginfo.az xəbər verir ki, bunu İran XİN-in rəhbəri “Rossiya-24” telekanalında deyib. Abdullahiyanın sözlərinə görə, qonşu ölkələrlə əlaqələrin inkişafı İranın yeni hökumətinin əsas prioritetlərindən biridir. “Azərbaycan və Ermənistan bizim yaxşı qonşularımızdır və onlardan biri ilə əməkdaşlıq edib digərinə qarşı işləyə bilmərik. Xarici siyasətimiz balanslıdır. İki gün əvvəl həmkarım, Ermənistanın xarici işlər naziri Tehrana gəlmişdi. Bizim azərbaycanlı həmkarımızın da İrana səfər etmək imkanı olsaydı, yaxşı olardı”, - Abdullahiyan belə deyib. İranın xarici işlər naziri qeyd edib ki, fürsət yaranan kimi Azərbaycan və Ermənistan paytaxtlarını ziyarət edəcək.(Apa) Geri dön |