Ana Sayfa > Karusel / Siyasət > Amerikalı analitik Prezidentin “Harop”la fotosundan yazdı

Amerikalı analitik Prezidentin “Harop”la fotosundan yazdı


6-10-2021, 17:36. Yazar: Admin

Amerikalı siyasi analitik Maykl Doran Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıla səfəri çərçivəsində İsrail istehsalı “Harop” pilotsuz uçuş aparatı ilə olan fotosunu şərh edib.

Qarabaginfo.az xəbər verir ki, Maykl Doran öz rəsmi tviter hesabında dövlət başçısının sözügedən şəklini paylaşaraq Azərbaycanı nə üçün sevdiyinə aydınlıq gətirib.

“Azərbaycanı niyə sevirəm? İran onu sərhədində qoşun toplayaraq və İsrail ilə hərbi ittifaqı pozmağı tələb edərək hədələyir. Azərbaycan Prezidenti isə İsrail istehsalı olan pilotsuz uçuş aparatı ilə şəkil çəkdirərək cavab verir. İrana bax belə düzgün cavab vermək olar. Burada Baydenin komandası üçün dərs var”, - deyə o, sözlərinə əlavə edib.(qafqazinfo)


Geri dön