Ana Sayfa > Karusel / İqtisadiyyat > IEA: "Gələn il TAP ilə nəql ediləcək qazın həcmi 10 mlrd kubmetrə çatacaq

IEA: "Gələn il TAP ilə nəql ediləcək qazın həcmi 10 mlrd kubmetrə çatacaq


6-10-2021, 15:11. Yazar: Admin

 

IEA: Gələn il TAP ilə nəql ediləcək qazın həcmi 10 mlrd kubmetrə çatacaq

Bu ilin əvvəlindən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Avropaya nəql edilən Azərbaycan təbii qazının ixracı 5,5 milyard kubmetrə çatıb.

Bu barədə  Qarabaginfo.az Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən məlumat verir.

Hesabatda deyilir ki, bu il TAP kəməri vasitəsi ilə 8 milyard kubmetrə yaxın təbii qazın nəqli proqnozlaşdırılır.

Həmçinin qeyd edilir ki, 2022-ci ildə bu boru kəməri ilə nəql ediləcək təbii qazın həcmi 10 milyard kubmetrə çatacaq.

Bundan başqa, hesabatda bildirilir ki, Azərbaycan təbii qazının ixracl illik müqayisədə 15 % artıb. Burada da əsas önəmli rolu Trand-Anadolu Qaz Boru Kəməri (TANAP) və TAP kəməri oynayıb.

Qeyd edək ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.


Geri dön