Ana Sayfa > Karusel / Gündəm > Dünyanın vaksinasiya reytinqində Azərbaycanın YERİ

Dünyanın vaksinasiya reytinqində Azərbaycanın YERİ


6-10-2021, 12:42. Yazar: Admin

Azərbaycanda koronavirusa qarşı tam vaksinasiya sayı dünya üzrə ortalama göstəricidən çoxdur.

 

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə hesabatında deyilir.

 

Qeyd olunur ki, sentyabrın sonunadək tam vaksinasiyanın ümumi sayı Avropa və Mərkəzi Asiyanın beş ölkəsində dünya üzrə orta göstəricini üstələyib: Azərbaycan, Xorvatiya, Macarıstan, Polşa və Türkiyə, eyni zamanda regionun digər hissələri göstəricidə geri qalıb:

 

"Son zamanlarda vaksinasiya templəri sürətlənsə də, region ölkələrinin üçdə bir hissəsində istifadə olunan vaksin sayı ümumdünya göstəricisinin yarısından azdır. Bu, əsasən, peyvəndlənmək istəməyən şəxslərin sayının çoxluğu ilə əlaqədardır"

 

Dünya Bankının analitikləri qeyd edir ki, vaksinasiya göstəriciləri aşağı olan Avropa və Mərkəzi Asiyanın bir çox ölkəsində COVID-19-da ölüm halları bu ilin üçüncü rübündə daha çox artıb.

 

Qeyd edək ki, oktyabrın 5-dək Azərbaycanda istifadə olunan vaksinlərin sayı 8 795 572-yə çatıb. Birinci doza ilə vaksin olunanların sayı 4 824 323, hər iki doza ilə vaksinasiya sayı 3 971 249 nəfər təşkil edib.


Geri dön