Ana Sayfa > Karusel / Region > “Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq” - Paşinyandan GÖZLƏNİLMƏZ ETİRAF (VİDEO)

“Gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq” - Paşinyandan GÖZLƏNİLMƏZ ETİRAF (VİDEO)


6-10-2021, 10:23. Yazar: Admin

Litvada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi və Şuşa ilə bağlı danışıb.

Qarabaginfo.az “BBC News Azərbaycanca”ya istinadən xəbər verir ki, Paşinyan  sözlərinə görə, müharibədən yayınmaq üçün torpaqları geri qaytarılmalı idi:

“Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Bunun yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq”.

Şuşa barədə də danışan Paşinyan bildirib ki, bu şəhər ermənilərin nəzarəti altında olarkən heç bir yaşayış binası tikilməyib:

“Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikililib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”.

Görüş iştirakçılarından birinin “Yəqin saxlaya biləcəklərinə əmin olmayıblar” replikasına “bunu siz dediniz, mən yox” cavabını verib.(Manset.az)


Geri dön