Ana Sayfa > Karusel / Hadisə > Tərtərçay hövzəsində qum-çınqıl çıxaran karxanalar bağlanıb
Tərtərçay hövzəsində qum-çınqıl çıxaran karxanalar bağlanıb6-10-2021, 09:51. Yazar: Admin |
“Tərtərçay hövzəsində fəaliyyət göstərən qum-çınqıl karxanalarında keçirilən nəzarət tədbirləri zamanı 12 qum-çınqıl karxanasının istismarçıları tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işlərinin aparıldığı faktları aşkar edilib”. Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov Tərtərçay hövzəsində qum-çınqıl karxanalarının fəaliyyəti və ətraf mühitə təsiri ilə bağlı danışarkən deyib. Agentliyin sədri qeyd edib ki, sahibkarlar tərəfindən qum-çınqıl yataqlarının kortəbii istismarı nəticəsində ərazinin ekosisteminə bərpa olunmayan zərər vurulub, yeraltı və yerüstü su ehtiyatlarının kəmiyyət və keyfiyyət göstəricilərində mənfi dəyişikliklər baş verib, sahil bərkitmə bəndlərinə təhlükə yaranıb, çay məcrası eroziyaya məruz qalıb. Geri dön |