Ana Sayfa > Karusel / Qarabağ > Qaragöl ətrafında Ordumuzun üstünlüyü: Ermənilər öz postlarına yoxlanılıb buraxılırlar

Qaragöl ətrafında Ordumuzun üstünlüyü: Ermənilər öz postlarına yoxlanılıb buraxılırlar


5-10-2021, 20:07. Yazar: Admin

 

Qaragöl ətrafında Ordumuzun üstünlüyü: Ermənilər öz postlarına yoxlanılıb buraxılırlar

"Qaragölün əksər hissəsinə Ordumuz nəzarət edir. Ordumuzun mövqelərinin sayı düşməndən 3 dəfə çoxdur. Erməni postlarına gedən yol bizim postdan keçir". 

Qarabaginfo.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert bildirib ki, ermənilər öz postlarına getmək üçün bizim postdan yoxlanılıb keçirlər:

"Bizim postların arasında ermənilərin bir yetim postu mövcuddur, ermənilər bizim postda yoxlanılaraq həmin posta buraxılır. Onlara ancaq avtomat silah daşımağa icazə verilir. Erməni postunda düşmən ölkənin bayrağının qaldırılmasına icazə verilmir. Təhlükəsizlik baxımından şəkili yerləşdirmirəm".(Yenisabah)


Geri dön