Ana Sayfa > Karusel / Siyasət > Akar: “Azərbaycanın 30 illik işğala son qoyması bölgədə davamlı sülh üçün yeni imkanlar yaradıb”

Akar: “Azərbaycanın 30 illik işğala son qoyması bölgədə davamlı sülh üçün yeni imkanlar yaradıb”


5-10-2021, 17:28. Yazar: Admin

Akar: “Azərbaycanın 30 illik işğala son qoyması bölgədə davamlı sülh üçün yeni imkanlar yaradıb”

 

Şuşa və Bakı Bəyannamələri ilə Türkiyə və Azərbaycan arasında strateji müttəfiqlik bütün dünyaya elan edilib.

Qarabaginfo.az xəbər verir ki,, bu barədə Hulusi Akar azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənovla görüşündə bildirib.

H. Akar “Tək Vətən Hərəkatı”nın ildönümü münasibətilə Azərbaycan Silahlı Qüvvələrini bir daha təbrik edib.

Nazirin sözlərinə görə, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək 30 illik işğala son qoyması regionda davamlı sülh üçün yeni imkanlar yaradıb.

“Türkiyə “bir millət, iki dövlət” anlayışı ilə haqq mübarizəsində azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”, - Türkiyənin müdafiə naziri vurğulayıb.

H. Akar qeyd edib ki, “Qardaş Briqada” layihəsi Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı əlaqəni təmin etmək, təlim planlaşdırması, idarəetmə və icra prinsiplərini uyğunlaşdırmaq üçün başladılıb.(Apa)


Geri dön