Ana Sayfa > Karusel / Kriminal > Ova görə min manat cərimə olundu
Ova görə min manat cərimə olundu5-10-2018, 10:26. Yazar: Admin |
İcazəsiz ova cəhd edən şəxs aşkar olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qarabaginfo"ya daxil olan məlumata görə, qurumun 3 saylı Regional İdarəsinin əməkdaşları İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində icazəsiz ova cəhd edən şəxsi tutub. Araşdırma zamanı brakonyerin İmişli şəhər sakini Rüstəm Ələsgərov olduğu müəyyən edilib. Faktla bağlı R.Ələsgərov barəsində protokol tərtib olunub, inzibati qaydada 1000 manat cərimə edilib və ov tüfəngi götürülüb. Geri dön |