Ana Sayfa > Karusel / Gündəm > Yollarda sürət həddi endirildi

Yollarda sürət həddi endirildi


5-10-2018, 10:12. Yazar: Admin

 

Yollarda sürət həddi endirildi

 

Yağışlı hava şəraiti ilə əlaqədar magistral yollarda sürət həddi aşağı endirilib.

"Qarabaginfo" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, Heydər Əliyev prospekti-Hava limanı və Zığ yolu-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almalarını tövsiyə edirik.


Geri dön