Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan və Türkiyənin müdafiə nazirləri Kaxetidə görüşüb

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Kaxetidə görüşüb


5-10-2021, 11:56. Yazar: Admin

 

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Kaxetidə görüşüb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında ikitərəfli görüş başlayıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Z. Həsənov və H. Akar Kaxeti rayonunda Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində bir araya gəliblər.

Görüş zamanı tərəflər iki ölkə arasındakı təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan da iştirak edib.

İkitərəfli görüş daha sonra mətbuata qapalı davam edib.


Geri dön