Ana Sayfa > Karusel / Region > İran-erməni qardaşlığının tarixi faktlarla sübutu - İranlı politoloq bir ailənin iki xalqı haqda bütün sirrləri AÇDI

İran-erməni qardaşlığının tarixi faktlarla sübutu - İranlı politoloq bir ailənin iki xalqı haqda bütün sirrləri AÇDI


4-10-2021, 16:09. Yazar: Admin
İran-erməni qardaşlığının tarixi faktlarla sübutu – İranlı politoloq bir ailənin iki xalqı haqda bütün sirrləri AÇDI
“2 əsr əvvəl Şərqi Ermənistan Rusiya İmperiyasına verildikdə, iki xalqın ortaq mədəniyyətinin unudulacağına dair qorxular yaranmağa başladı və bu əsassız deyildi. Ermənilər və farslar qədim zamanlardan, yəni Əhəmənilər sülaləsinin hökmranlığından bəri dinc şəraitdə və birlikdə yaşayıblar. Lakin tarixi proses və yeni imperiyaların yaranması fars və erməni xalqlarının tarixi bağlarını unutmasına səbəb olub. Buna baxmayaraq iki xalqın ortaq tarixi kökləri var və bu heç zaman unudula bilməz. Çünki bu köklər tarixdə adı keçən böyük şah Kuruş ilə Ermənistan kralı Tigran Ervanduni arasındakı qohumluq əlaqələri ilə möhürlənib”.

Qarabaginfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri İranlı politoloq, Rusiyanın “Xalqlar Dostluğu” universitetinin Beynəlxalq Əlaqələr nəzəriyyəsi və tarixi kafedrasının magistri Erfan Lajevardi sələndirib.

İranlı politoloq əlavə edib ki, fars və erməni xalqlarının yaxınlığı tarix boyu birlikdə yaşayan ilk Aryan tayfalarından gəlir. Erməni və fars dilləri isə bir-biri ilə ayrılmaz şəkildə bağlıdır və ortaq kökə malikdir. Bu xüsusiyyətlər iki xalqı bir-birindən ayırmağı mümkünsüz edir. İranlıların və ermənilərin eyni ailənin iki xalqıdırlar.

Lajevardi ermənilərin tarix boyu İranda ticarətin inkişafı və genişləndirilməsi üçün çox səy göstərdiklərini vurğulayıb. Bu səbəbdən də, Şah Abbasın ipək ticarətini yalnız erməni tacirləri üçün ayırdığını iddia edib: “Böyük Kuruş dövründən bu günə qədər xalqlarımız arasında qarşılıqlı hörmət hökm sürür. Müasir tarixə nəzər salsaq İran ermənilərinin Səddam Hüseynlə müharibə zamanı rəsmi Tehranın köməyinə gəldiyini və digər vətəndaşlar kimi öz ölkələrinin suverenliyini müdafiə etdiklərini görmüşük” – politoloq qeyd edib.

İranlı alimin sözlərinə görə, İranla- Ermənistanı ortaq tarixlə yanaşı həm də  sıx ədəbi  əlaqələr bağlayır. Erfan Lajevardinin iddialarına görə, XI əsrdə yaşayan erməni şairi Qriqori Magistros öz kitabında “Şahnamə” əsərindən müxtəlif hissələri qeyd etmişdir: “İran və erməni dilləri Hind-Avropa dil ailəsinə aiddir. Bəzi dilçilər (Maks Müller) Avestan və Pəhləvi dilləri kimi erməni dilini də İran dil qrupunun bir qolu hesab edir. Erməni dilçi Raçiya Açaryanın araşdırmasına görə, erməni dilində 1400 fars sözü var. Bundan başqa Ermənilərin İranda 70-dən çox tarixi kilsəsi var. Ermənistanda isə Kərim xan Zəndin dövründə tikilmiş “Kabud” məscidi mövcuddur.

Sonda iranlı politoloq bildiri ki, eyni ailənin iki üzvü olan bu xalqlar  bənzərsiz bir münasibət qurmaq üçün müxtəlif çətinlikləri birlikdə dəf ediblər.

İranlı alim və politoloqun dilindən bu cür açıqlamaların edilməsi, təbii ki, İran-Ermənistan qardaşlığının ifşası baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Lakin yazıda verilən digər mesaj da diqqətdən qaçmamalıdır. Belə ki, Erfan Lajevardi Ermənistanın da, guya qədim tarixə malik bir dövlət olduğunu gözə soxmağa çalışıb. Bunun üçün isə müəllif hətta 11-ci əsrə və daha əvvələ gedib çıxıb. Halbuki həmin dövrdə erməni adınd bir xalq və ya dövlət mövcud olmayıb.(konkret.az)

 


Geri dön