Ana Sayfa > Karusel / Gündəm > Bir ayda işğaldan azad edilmiş ərazilərdə 512 mina aşkarlanıb

Bir ayda işğaldan azad edilmiş ərazilərdə 512 mina aşkarlanıb


4-10-2021, 14:37. Yazar: Admin

Bir ayda işğaldan azad edilmiş ərazilərdə 512 mina aşkarlanıb

 


ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.
ANAMA-dan Qarabaginfo.az-a bildirilib ki, sentyabrın 1-dən oktyabrın 2-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 429 piyada əleyhinə mina, 83 tank əleyhinə mina və 533 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 962 hektar ərazi mina və PHS-lardan təmizlənib.


Geri dön