Ana Sayfa > Karusel / Gündəm > Sabahın hava proqnozu: Arabir yağış yağacaq

Sabahın hava proqnozu: Arabir yağış yağacaq


4-10-2021, 14:14. Yazar: Admin
Sabahın hava proqnozu: Arabir yağış yağacaq

 

Milli Hidrometeorologiya Xidməti oktyabrın 5-də gözlənilən hava şəraiti barədə proqnoz açıqlayıb.

Qarabaginfo.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Bakıda gecə 14-16° isti, gündüz 17-19° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 5-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında: Arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərzilərdə qar yağacağı ehtimalı var.Səhər bəzi yerlərdə duman.

Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.


Geri dön