Ana Sayfa > Karusel / Dünya > Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif yol qəzasında ölüb
Məhəmməd peyğəmbərin karikaturalarını çəkən müəllif yol qəzasında ölüb4-10-2021, 07:11. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb. Bildirilib ki, L.Vilksin və mühafizəçilərin olduğu maşın yük avtomobili ilə toqquşub. Zərbənin gücündən hər iki avtomobil yanıb. Yük maşını sürücüsü ağır yaralanıb. Qəzanın necə baş verdiyi barədə hələlik məlumat verilmir. Xatırladaq ki, müəllifin peyğəmbələ bağlı çəkdiyi karikaturalar 2007 -ci ilin noyabr ayında İsveçin “Nerikes Allehanda” qəzetində dərc olunub. Nəşr dünyanın bir çox ölkələrində müsəlmanların qəzəbinə səbəb olub.(Apa) Geri dön |