Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda son sutkada 1813 nəfər COVID-19-dan sağalıb, 712 nəfər yoluxub, 14 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1813 nəfər COVID-19-dan sağalıb, 712 nəfər yoluxub, 14 nəfər vəfat edib


3-10-2021, 17:11. Yazar: Admin

Azərbaycanda son sutkada 1813 nəfər COVID-19-dan sağalıb, 712 nəfər yoluxub, 14 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 712 yeni yoluxma faktı qeydə alınıb, 1 813 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 485 987 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 464 611 nəfər müalicə olunaraq sağalıb, 6 573 nəfər vəfat edib, aktiv xəstə sayı 14 803 nəfərdir.
Ölkədə son sutka ərzində 8 760, hazırkı dövrədək isə 4 887 165 test aparılıb.


Geri dön