Ana Sayfa > Karusel / Region > Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında seçici fəallığı məlum olub
Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında seçici fəallığı məlum olub2-10-2021, 23:34. Yazar: Admin |
Gürcüstanda soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli bölgəsində yerli seçkilərdə 187 066 seçici iştirak edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib. Bölgə üzrə seçici fəallığı 47 % olub. Marneulidə bu göstərici 47,29 % (47 331 seçici), Qardabanidə 42,75 % (30 721 seçici), Bolnisidə 43,56 % (24 352 seçici), Dmanisidə 57,23 % (13 167 seçici), Tsalkada 45,18 % (9 201 seçici), Tetritskaroda 50,54 % (10 240 seçici) təşkil edib. Regionun mərkəzi Rustavi şəhərində səsvermə prosesinə 52 054 seçici qatılıb. Bu, 48,7 % seçici fəallığı deməkdir.(Report) Geri dön |