Ana Sayfa > Karusel / Siyasət > "Exit-poll": Gürcüstanda keçirilən seçkilərdə "Gürcü Arzusu" liderlik edir

"Exit-poll": Gürcüstanda keçirilən seçkilərdə "Gürcü Arzusu" liderlik edir


2-10-2021, 21:18. Yazar: Admin

"Exit-poll": Gürcüstanda keçirilən seçkilərdə "Gürcü Arzusu" liderlik edir

Gürcüstanda keçirilən yerli seçkilərdə “Gürcü Arzusu” partiyası 38,6% səslə liderlik edir, “Milli Hərəkat” partiyası isə 33% səs toplayıb.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu “Mtavari Arkhi” telekanalının keçirdiyi “exit-poll” göstərir. “İmedi” telekanalının “exit-poll” nəticələrinə görə, “Gürcü Arzusu” 47,6% səslə liderdir, “Milli Hərəkat” isə 27,1% səslə ikincidir.

“Formula” telekanalının keçirdiyi “exit-poll” nəticələri isə göstərir ki, Kaxa Kaladze Tbilisi meri seçkilərində 43% səslə liderlik edir, Nika Meliyanın 39% seçki səsi var. “İmedi”nin məlumatlarına görə, K.Kaladze 51,3% səslə birinci, N.Meliya 34,6% səslə ikincidir. Eyni zamanda, “Mtavari Arkhi” kanalının “exit-poll” nəticələrində Meliyanın 40,8% səslə lider olduğu, Kaladzenin isə 40,2% səslə onun ardınca gəldiyi göstərilir.


Geri dön