Ana Sayfa > Karusel / Region > İrakli Qaribaşvili Saakaşvilinin həbsinə görə Ukraynaya təşəkkür edib

İrakli Qaribaşvili Saakaşvilinin həbsinə görə Ukraynaya təşəkkür edib


2-10-2021, 12:32. Yazar: Admin

İrakli Qaribaşvili Saakaşvilinin həbsinə görə Ukraynaya təşəkkür edib

“Hüquq mühafizə orqanları əməkdaşlarının Mixeil Saakaşvilinin qaldığı mənzilin qapısını açarla açması məncə çox şey deyir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, sabiq Prezident həbs edilənədək vəziyyət tam nəzarət altında olub.

İ. Qaribaşvili vurğulayıb ki, əməliyyatın dinc şəkildə keçirilməsi üçün M. Saakaşilinin mənzildə tək qaldığı vaxt seçilib.

Baş nazir M. Saakaşvilinin həbsinə görə Ukrayna tərəfinə təşəkkür edib və iki ölkə arasında son vaxtlar səmərəli əməkdaşlıq olduğunu qeyd edib.

“Saakaşvili məsələsi də, hesab edirəm ki, çox məhsuldar əməkdaşlığımızdan xəbər verir. Qalanlarımız başa düşürlər ki, bunlar formal xarakterli ifadələrdir. Proses şəffafdır, bütün beynəlxalq ictimaiyyət üçün açıqdır və sualları cavabsız qoymayacağıq”,-deyə Baş nazir bildirib.


Geri dön