Ana Sayfa > Karusel / Region > Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazır olduğunu bəyan etdi

Ermənistan Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazır olduğunu bəyan etdi


2-10-2021, 07:14. Yazar: Admin

Bakı hazırdırsa Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla sərhədlərin demarkasiyası və delimitasiyasına hazırdır. Bu barədə ölkənin Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

"Azərbaycanda ciddi bir hazırlıq varsa, düşünürəm ki, Rusiyanın vasitəçiliyi ilə irəliləyə və demarkasiya və delimitasiya prosesinə başlaya bilərik. Ermənistanla Azərbaycan arasında olan bu məsələyə aydınlıq gətirərik və sonra bütün qalan məsələləri də həll etməyə çalışarıq", - Qriqoryan deyib.

Virtualaz.org


Geri dön